Beyləqanda “КамАЗ” yanıb

15:50 07.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Beyləqan rayonunun Xaçınabad kəndində taxıl anbarının ərazisində ümumi sahəsi 300 m² olan qarajın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və “КамАЗ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.